01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

O, Türkiyəni xəritədən silinməyə qoymadı - 7 fakt

19.03.2020

Bu gün görkəmli ictimai-siyasi xadim, yazıçı, həkim Nəriman Nərimanovun anım günüdür.
Nəriman Nərimanovla bağlı 7 fakt:

1. N.Nərimanov Azərbaycan ədəbiyyatında ilk romanın ("Bahadır və Sona") müəllifidir.

2. N.Nərimanov Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın, ruslar üçün azərbaycandilli, azərbaycanlılar üçün rusdilli dərsliklərin ilk müəllif kimi də adını tarixə yazdırıb.

3. Müsəlman şərqində insana qoyulan ilk abidə 1922-ci ildə N.Nərimanovun göstərişi ilə görkəmli şair M.A.Sabirin əziz xatirəsinə ucaldılıb.

4. N.Nərimanovun milli aviasiyanın yaradılmasında, Bakı-Tiflis-Batum neft kəmərinin, Bakı-Culfa dəmiryolunun çəkilməsində birbaşa xidməti var.

5. Qarabağın Azərbaycan tərkibində qalmasında onun misilsiz xidmətləri olub.

6. N.Nərimanov hakimiyyəti dövründə Türkiyədəki Qurtuluş savaşına böyük dəstək verib və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı mübarizədə pay sahibi olub.

7. Nərimanovun ölümü çox müəmmalıdır. O, 19 mart 1925-ci ildə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişib. Onu Qızıl Meydanda Kreml divarlarının yanında dəfn edirlər.

Ölümünə az qalmış oğlu Nəcəfə bunları yazıb: "Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, sənin atanın etdiyi qədər edəsən".

Qeyd edək ki, N.Nərimanov 19 mart 1925-ci ildə Moskvada vəfat edib.
/kult.az/