01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin bunu etiraf etdi

19.03.2020

Rusiyanın TASS agentliyi "Vladimir Putinə 20 sual” müsahibə silsiləsində prezidentə "sizi bəziləri çar adlandırır. Bu haqda nə düşünürsünüz” sualını ünvanlayıb.
Putinin cavabı maraq doğurub.
"Bu, reallığı əks etdirmir. Çar oturan, yuxarıdan baxıb "əmr edirəm, bunu-bunu edin” deyən və sadəcə papaqları sınayıb güzgüyə baxan adamdır. Mən hər gün işləyirəm. Çarlıq etmirəm”, - Rusiya prezidenti deyib.
20 ildir ölkənin ən yüksək vəzifəsində işləyən Putin vaxtilə prezident ola biləcəyini ağlından belə keçirmədiyini etiraf edib.
Müəyyən zamanda iqtidardan uzaqlaşma ehtimalı ilə bağlı danışan prezident nə olduğu, necə olduğu və nə olacağına dair məsuliyyət hiss etdiyini deyib.
O, 2008-ci ildə prezident vəzifəsini Dmitri Medvedevə təhvil verdiyi zaman 4 il sonra Kremlə qayıdacağını düşünmədiyini, amma bu ehtimalı təkzib etmədiyini də bildirib.