01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın məxfi hesabatı: Coronavirus dalğalarla ABŞ-a təsir edəcək

19.03.2020

ABŞ-da çıxan New York Times qəzetinin xəbər verdiyi və ABŞ hökuməti tərəfindən yayımlandığı iddia edilən koronavirus ehtiva edən məxfi hesabatda yayılmanın 18 ay davam edə biləcəyini və dalğalarla yayıldığını bildirilib.
Coronavirus haqqında gizli hesabatın 100 səhifə olduğunu bildirən New York Times yayılmanın 18 ay davam edə biləcəyini və tibbi ləvazimat çatışmazlığının yaranacağını bildirib.
Hesabatda koronavirusun dalğalarla ABŞ xalqına təsir edəcəyi və əyalət ilə yerli hökumətlər arasında koordinasiya problemi ola biləcəyi ifadə edilib.
New York Times hesabatın ABŞ Prezidenti Donald Trumpın fövqəladə vəziyyət  elan etdiyi və rəhbərlik üçün bir fəaliyyət planı olduğu cümə günü yayımlandığını vurğulayıb.
Hesabatda həmçinin bildirilir ki, baş verən xəstəliyin sürətlə yayılması ilə dolan xəstəxanalar və tibb mərkəzlərinə  hansı formada kömək edilə bilər.
New York Times vurğulayır ki, tibbi ləvazimatlarının  və tibb işçilərinin çatışmazlığı  baş verə bilər və ABŞ prezidentinin səlahiyyətləri bu xəstəliklə mübarizə üçün bu sahə işçilərinin sayını artıra bilər.