09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsraildən "erməni soyqırımı" ilə bağlı - QƏRAR

24.05.2018

İsrail parlamentinin deputatları "erməni soyqırımı"nın tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara alıblar.
"Dövran Media" bildirir ki, bu barədə Knessetin mətbuat xidməti məlumat yayıb.
Maraqlıdır ki, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda verilən qərar əvvələr bu kimi təşəbbüsləri bloklamağa çalışan hökumət tərəfindən normal qarşılanıb və heç bir etiraza səbəb olmayıb.
"Erməni soyqırımı"nın tanınmaması İsrail dövlətinə mənəvi ləkədir. Xüsusən də əgər bu, siyasi konyukturanın xeyrinə baş verirsə", - deyə təklifin müəllifi, sol təmayüllü "Mereç" partiyasının lideri Tamar Zandberq bildirib.
Zalda əyləşən 16 deputatın hamısı məsələnin Knessetin komissiyalarında deyil, parlamentin ümumi iclasında müzakirə edilməsinə səs verib. Debatın vaxtı hələlik təyin olunmayıb.