01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Martın 19-dan 21-dək regionlara gediş təmin olunur

19.03.2020

Martın 19-dan 21-dək rayon qeydiyyatında olanların, eləcə də Bakı, Sumqayıt və Abşeron sakinlərinin regionlara gedişi təmin edilir.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahla razılaşdırılaraq martın 19-dan 21-dək Bakı qeydiyyatı olmayan sərnişinlərin, eləcə də, Bakı, Sumqayıt və Abşeron sakinlərinin regionlara gedişləri təmin olunur. Üç gün müddətində Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi iş qrafiki ilə fəaliyyət göstərəcək. Martın 27-28-də isə yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan olan sərnişinlərin geri dönüşü təmin olunacaq.