01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azpetrol”un “Babək” YDM-də CNG-nin satışına başlanıldı

19.03.2020

Bu gündən etibarən "Azpetrol” şirkətinin "Babək” YDM-də CNG-nin satışına başlanılıb. Müştərilərin nəzərinə çatdırırıq ki, CNG mühərrik yanacağı bir kubmetr üçün 0,45 manat təşkil edir, bu da təqribən bir litr benzinə ekvivalentdir. Bu barədə "Azpetrol” şirkətinin mətbuat xidməti məlumat yayıb. 
Qeyd edək ki, CNG mühərrik yanacağı Avro-6 ekoloji standartının tələblərinə tam cavab verir.
Onu da xatırladaq ki, yanacaq çənində qaz tükəndiyi halda sürücü dayanmağa ehtiyac duymadan sürməyə davam edə bilər, çünki avtomobil avtomatik olaraq benzinə keçir.
Sürücülər avtomobillərini sırf qazla, yəni başqa yanacaq çəninə keçmədən də sürə bilərlər. Buna baxmayaraq, mühərriki aşağı dərəcələrdə işə salanda, benzin çənində mütləq minimal ölçüdə yanacaq olmalıdır.
CNG avtomobillər üçün ən təhlükəsiz və ətraf mühit standartlarına cavab verən yanacaq növüdür.
Onu da qeyd edək ki, CO2-nin emissiyası CNG-də benzindən təxminən 25% daha azdır. CNG tam yanandan sonra yalnız karbon dioksid və su buxarı qalır.
"Azpetrol” şirkəti yaxın gələcəkdə "Mayak”, "Masazır” və "Mərdəkan” YDM-lərində CNG-nin satışına start verəcək.