01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tibbi maskaya alternativlər

19.03.2020

Koronavirusdan müdafiə üçün maskalara alternativlər açıqlanıb.
"Sputnik”in məlumatına görə, bu barədə Rusiyanın Virus infeksiyalarının qarşısının alınması və müalicəsi üzrə Araşdırma Mərkəzinin direktoru, immunoloq-infeksionist, allerqoloq Qeorqi Vikulov danışıb.
Vikulovun sözlərinə görə, maska dördqatlı olmalıdır:
"Maskanı özünüz tənzif və ya bintdən hazırlaya bilərsiniz. Bu cür müdafiə vasitələri, adətən, hərbi-səhra şəraitində birdəfəlik maska çatışmazlığı zamanı hazırlanır. Bunlar da iki saatdan bir dəyişdirilməlidir”.
İmmunoloq qeyd edib ki, maskalar artıq xəstəliyi təsdiqlənmiş və ya onlara qulluq edənlər üçün nəzərdə tutulub. Bundan başqa, risk qrupunda olan insanlar tərəfindən də istifadə olunmalıdır.
İnfeksionistin sözlərinə görə, yanınızda asqıran və öskürən insanlar varsa, şərflə də ağzı örtmək olar.
Vikulov maskalara efir yağları, propolis damcılatmaq barədə deyilənləri də şərh edib:
"Bu, vacib deyil. Virus infeksiyalarından qorunmaq üçün antiseptiklərlə hopdurulmaqdansa, mexaniki maneə vacibdir. Bundan başqa, bəzi insanların bu komponentlərə qarşı allerGiyaları ola bilər”.
İnfeksionist hava-damcı infeksiyalarından gözləri də qorumağın zəruriliyindən danışıb:
"COVID-19 infeksiyası selikli qişalardan keçə bilər, buna görə də tibbi və ya "sıfır” eynəklər taxıla bilər. Gün eynəkləri gözləri tamamilə bağlamasa da, bu aksesuarın da köməyi dəyə bilər”.