01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu deputatlar iclasdan çıxarıla bilər

19.03.2020

Milli Məclisin sədri Sahibə Qafarovanın deputatları iclas zalından çıxarmaq hüququ var.
Bu məsələ Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir.
Milli Məclisin iclaslarında iştirak edənlər parlament etikasını gözləməlidirlər. Onlar Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, iclasın normal gedişini və iş qaydasını pozmamalıdır.
İnsanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdırlar.
Əks təqdirdə Milli Məclisin iclasına sədrlik edən (Parlament sədri, Milli Məclis sədrinin birinci müavini və digər vitse-spikerlər) parlament etikasını gözləməyənlərə xəbərdarlıq edir.
Təkrar pozuntuya yol verilərsə, bütün iclas günü ərzində həmin şəxsi sözdən məhrum edə və bunu iclasda elan edə bilər.
Özünü bu tərzdə aparmaqda davam edən şəxs Milli Məclisin iclasına sədrlik edənin göstərişi ilə iclas salonundan çıxarıla bilər. İclasın iş qaydasının pozulması ilə əlaqədar bütün hallar Milli Məclisin iclasının protokolunda qeyd olunur.