05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vuhanda virusa yoluxma və ölüm ilk dəfə tam dayandı

19.03.2020

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 8 nəfər artıb.
Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Qeyd edilir ki, virusa yoluxanların sayı 34 nəfər artıb, daha 819 nəfər sağalıb.
Bu halda ölkədə epidemiyanın episentri olmuş Uhan şəhərində hər hansı yoluxma və ya ölüm qeydə alınmayıb.
Ölkədə epidemiyaya yoluxanların ümumi sayı 80,9 min nəfərə çatıb, onlardan 70,4 min nəfəri sağalıb, 3 245 nəfər ölüb. Yenilənmiş məlumatlara əsasən, Çin üzrə virusdan ölüm faizinin rəsmi göstəricisi 4% təşkil edir.