05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanda insanlara evlərini tərk etmək qadağandır?

19.03.2020

Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzi direktorunun müavini Paata İmnadze ölkə əhalisinə müraciət edib.
P.İmnadze əhalini mümkün qədər evlərindən çıxmamağa çağırıb.
O, koronavirusun ölkədə epidemiya halı alması barədə şaiyələri təkzib edib və bununla belə əhaliyə müraciət edib: "Evinizdə qalın, bayıra çıxmayın”.
Qeyd edək ki, bu gündən Gürcüstanda marşrut mikroavtobusları ilə sərnişin daşınmaları qadağan edilib. Sərnişinlər metro və Tbilisi meriyasının ayırdığı avtobuslarla daşınır.
Eyni zamanda, ölkəyə əcnəbilərin daxil olması tam qadağan olunub.