29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirus analizi üçün təcili yardımı evə çağıra bilərsiz

18.03.2020

Təcili Yardım həkimləri evlərdə koronavirusa qarşı testlər edəcək.
Bu barədə məlumatı məşhur pediatr Vaqif Qarayev yayıb.
Onun sözlərinə görə, kimsə özündə hərarət, zökəm, öskürək və s. kimi respirator əlamətlər hiss edərsə Təcili Yardıma çağırış edə bilər. Bundan başqa, adi mövsümi qriplərdən əziyyət çəkənlər də evə çağırış edə bilər. Test ev şəraitində edilir və cavabı 6 saat müddətinə hazır olur.
"1542” nömrəli "Çağrı” Mərkəzinin koronavirusla bağlı məlumatlar şöbəsinin əməkdaşı Azad Salmanov "Qafqazinfo”ya bildirib ki, özündə COVİD-19 virusu ilə bağlı hər hansı simptomları müşahidə edən şəxslər "103” xidmətinə müraciət edə bilər. Bu zaman ev şəraitində həmin vətəndaşdan yaxma götürüləcək və laboratoriyada analiz aparılacaq. Nəticələr müraciətlərin sıxlığına əsasən 6 saatdan 1-2 gün müddətinə qədər müəyyən oluna bilər. Analizlərin götürülməsi tam ödənişsizdir.