"Brent" markalı neftin qiyməti   29 dollardan aşağı düşüb 
    
                          
     
                         18.03.2020
 
    
                        															Martın 17-də dünya neft qiymətləri 3-4%-a qədər ucuzlaşıb.
 "Brent" markalı neftin qiyməti 20 yanvar 2016-cı ildən bəri ilk dəfə bir barel üçün 29 dollardan aşağı düşdü.
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti 3,76% azalaraq 28,92 dollar/barelə qədər enib. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 3,1% azalaraq 28,1 dollar/barelə qədər enib.