29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Korona pik həddə çatacaq, payızda isə...

17.03.2020

"Qoldman Saç” investisiya bankının müştəriləri ilə keçirdiyi qapalı görüşün səs yazısı yayılıb.
Qapalı görüşdə koronavirusun dünya iqtisadiyyatına təsiri müzakirə edilib.
İclasda bankın baş iqtisadçısı və həkimi Yan Haçiuslə Maykl Rendel də iştirak edib.
İnternetdə yayılan səs yazısında əsasən koronavirusa yoluxma proqnozu (amerikalıların 50%-i, almanların 70%-i) yer alıb. Burada həmçinin xəstələnənlərin 80%-nin yoluxmanı yüngül formada, 15%-nin orta, 5%-nin isə kritik həddə keçirdiyi bildirilib.
Bank virusun özünün pik səviyyəsinə 8 həftə sonra çatacağını, bundan sonra xəstəliyin tənəzzül etməyə başlayacağını vurğulayıb.
İclasda həmçinin dünyanın ÜDM-nin artım templərinin son 30 ildə ən aşağı səviyyəyə düşərək, 2%-ə çatacağı qeyd olunub.
Bank "S&P 500” indeksinin cari ildə 15%-20% geriləyə biləcəyini bəyan edib. Bununla belə, bazarların ilin ikinci yarısında özünü tam bərpa edəcəyi açıqlanıb.