31 deputat özünü   təcrid edib 
    
                          
     
                         17.03.2020
 
    
                        					Türkiyədə xarici səfərdən qayıdan 31 millət vəkili özünü cəmiyyətdən təcrid edib.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bildirib.
O, Türkiyə parlamentində koronavirusla bağlı tədbirlər haqqında açıqlamasında mart ayının əvvəlindən etibarən ölkə xaricinə çıxan və xarici səfərdən qayıdan bütün millət vəkilləri barədə məlumata malik olduqlarını bildirib: "Onların arasında Məkkəyə ümrə ziyarətinə gedən və ya oradan dönən deputatımız yoxdur. Özünü təcrid edən millət vəkillərimiz isə Avropadan yenicə dönüblər”.
Onların koronavirusa yoluxub-yolxumaması hələ ki məlum deyil.