Nur-Sultan və Almatı şəhərləri   karantinə alınır 
    
                          
     
                         17.03.2020
 
    
                        Qazaxıstanın paytaxtı Nur-Sultan və Almatı şəhərləri koronavirusun yayılması ilə əlaqədar martın 19-dan karantinə alınacaq.
MK-nın məlumatına görə, müvafiq dövlət komissiyasının qərarına əsasən, bu şəhərlər ətrafında karantin zonası yaradılacaq və giriş-çıxış məntəqələri müəyyənləşdiriləcək.
Nəqliyyat və əhalinin hərəkətinin məhdudlaşdırılması tətbiq edilərək, ictimai nəqliyyatın istifadəsinə, gecə saatlarında işləməyə məhdudiyyət qoyulacaq.
Eyni zamanda, "müştərilərə çatdırılma” prinsipi ilə ərzaq tədarükü rejiminin tətbiqi də planlaşdırılır.