08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oğuzda qadın itkin düşdü

23.05.2018

Oğuz rayonu sakini 1986-cı il təvəllüdlü Gülnaz Abışova mayın 22-də günorta saatlarında evdən çıxıb və indiyənədək geri qayıtmayıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan onun əlamətləri haqda belə məlumat verilib:
Boyu 155 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qara, uzun qara saçları var. Evdən çıxanda əynində qara rəngli şalvar, ağ rəngli kofta, üstündən göy rəngli cins gödəkçə, ayağında qara rəngli idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Oğuz  Rayon Polis Şöbəsinə 024-215-28-71 şəhər, ( 055 ) 218-21-21 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. "DM"