28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mərkəzi Bank müraciətlərin qəbulu rejiminə dəyişiklik edib

17.03.2020

Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla, Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

AMB-dən bildirilib ki, Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar burada fəaliyyət göstərən "qaynar xətt”in iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində "qaynar xətt”in fasiləsiz iş qrafiki təmin edilib, "Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub. Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:
Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə "Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.
Yazılı müraciətlər Mərkəzi Bankda quraşdırılmış məktublar qutusuna atıla bilər;
Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 "qaynar xətt” və +99412 493-11-22 telefon nömrəsi vasitəsilə həyata keçirilir.
Vətəndaşların "Skype” proqramı üzərindən "[email protected]” elektron ünvana zəng etməklə videoqəbulu aparılır.
Vətəndaşlarından qeyd edilən məsələlərlə bağlı çətinliklər yarandığı təqdirdə +99412 493-50-58 "qaynar xət”lə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.