28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vitse-spiker kişilərin öpüşməsinə qarşı çıxdı

17.03.2020

"Bizim toxunulmazlıq hüququmuz var, ancaq koronavirusdan toxunulmazlıq "səlahiyyətimiz” yoxdur”.
Bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.
A.Əliyev bildirib ki, insanlar təmasdan yayınmalıdırlar:
"Vətəndaşlara çatdırmalıyıq ki, təmaslardan yayınsınlar. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır. Hesab edirəm ki, hər kəs Nazirlər Kabineti yanında operativ qərargahın qaydalarına ciddi şəkildə əməl etməlidir”.
Parlament sədrinin müavini qeyd edib ki, xüsusilə də kişilərin görüşən zaman opüşməsinin qarşısını almaq üçün təbliğat aparmalıyıq.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi təkmilləşdirilərək yeni redaksiyada təqdim olunub. Maddədə bildirilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslərin iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Məcəllənin 388-1-ci maddəsinə də müvafiq düzəlişlər edilib. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.