28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada 6 uşaq xəstəxanaya yerləşdirildi - koronavirusa görə

17.03.2020

Rusiyanın Başqırdıstan Respublikasında altı uşaq koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
"RİA Novosti” bu barədə respublikanın Səhiyyə naziri Maksim Zabelinin xəbərinə istinadən məlumat yayıb.
"Səhər saat 08:00-a olan məlumata görə, koronavirus infeksiyası şübhəsi ilə stasionar nəzarətdə 41 nəfər var, onlardan altısı uşaqdır. Həmin şəxslərin vəziyyəti stabildir, Rusiya və başqa ölkələrdən olan aparıcı mütəxəssislərin tövsiyələrinə uyğun müalicə aparılır.
Lazımi müayinələr tətbiq olunur. Respublika Gigiyena və Epidemiologiya mərkəzinin işçiləri tərəfindən götürülən analizlər laboratoriyaya göndərilib. Müşahidə və müalicə boks bölməsində aparılır”, - deyə Zabelin brifinqdə açıqlayıb.
Hələlik Başqırdıstan Respublikasında koronavirusa yoluxma halı müəyyən edilməyib.