28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Korona virusu peyvəndi işində irəliləyiş var

16.03.2020

Çinin Wuhan şəhərində başlamasından bir neçə həftə sonra qlobal bir epidemiyaya çevrilən və minlərlə insanın ölümünə səbəb olan Korona virusu ilə əlaqədar isti bir inkişaf yaşandı.Həmin günlərdə Kanada və Çindən edilən peyvənd açıqlamalarından sonra ABŞ rəsmiləri inkişaf etdirdilər. Klinik sınaq müddətinin bu gün başlayacağı açıqlanır.
Associated Pressin agentliyi hökumətdəki mənbələrə əsaslanaraq  işlərin bu gün başlayacağını açıqlanyıb. Milli Səhiyyə İnstitutunun Kaiser Permanente Washington Sağlamlıq Araşdırma İnstitutunda aparılacaq tədqiqatları maliyyələşdirdiyi ifadə edilib.
Klinik testlərdən sonra potensial bir peyvənd üçün 1 ildən 18 aya qədər ehtiyac duyduqlarını ifadə edən səlahiyyətlilər, 45 gənc və sağlam könüllü üzərində təcrübələrin başlayacağını açıqlanıb.
Mütəxəssislər bu araşdırmanı peyvəndin yan təsirlərinin olub olmadığını öyrənmək üçün etdiklərini izah edirlər: "Bu peyvəndlərdə virus olmadığı üçün könüllülərin xəstə olma ehtimalı yoxdur. Məqsəd peyvəndlərin heç bir qorxulu yan təsirinin olmadığını göstərmək, lakin daha geniş testlər açmaqdır."
ABŞ Prezidenti Donald Trumpın korona virusuna qarşı mübarizədə birbaşa tapşırığı Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoruna olub və ona güvəndiyini bildirib. Mətbuatla tez-tez açıqlamalar verən Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci "İlk təhlükəsizlik testləri nəzərdə tutulduğu kimi olsa, peyvəndin geniş tətbiq olunması mərhələsi 1 ilə 1,5 il çəkə bilər" deyərək açıqlama verib.
ABŞ prezidenti Donald Trump, məsələnin "nisbətən tezliklə" həll olunacağına ümid edərək, son bir həftədə peyvənd üzərində işlərin çox sürətlə davam etdiyini söyləyib.