07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirdən düşmən təxribatları ilə bağlı ƏMR

14.03.2020

Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verib.

Nazir martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib.

Z.Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.