06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Onkologiya Mərkəzi bağlanıb? - RƏSMİ AÇIQLAMA

14.03.2020

"Milli Onkologiya Mərkəzinin bağlanmasına dair yayılan məlumatlar əsassızdır”. 
Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli mərkəzin bağlanmasına dair yayılan xəbərlərə münasibət bildirərkən deyib. 
O bildirib ki, insanlara yalan informasiya verib, təlaşlandırmaq lazım deyil:
"Bu məlumatları kim və hansı məqsədlə yayır, başa düşə bilmirəm. Milli Onkologiya Mərkəzində həkim kollektivi hər zamankı qaydada işlərinə davam edir. Ötən gün Nazirlər Kabineti COVID-19 təhlükəsi ilə bağlı ölkə ərazisində  aylıq xüsusi rejimin tətbiqi ilə bağlı qərar qəbul edib. Tək biz yox, bütün tibb müəssisələrində qərara uyğun olaraq müvafiq tədbirlər görülür. 

Mərkəzdə xəstələr evə buraxılmayıb. Müalicələrini mərkəzdə davam etdirirlər. Sadəcə olaraq, xəstə ziyarətini məhdudlaşdırmışıq. Bu, bizim yox, Nazirlər Kabinetinin qərarıdır”.