03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponlar korona xəstələrini bu üsulla müalicə edir

14.03.2020

Koronavirusa yoluxmuş ağır vəziyyətdə olan xəstələrin əksəriyyəti ürək-ağciyər reanimasiya aparatının köməyi ilə sağalıb.
Bu qənaətə yapon həkimləri apardıqları araşdırma nəticəsində gəliblər. Belə ki, bütün ölkə üzrə koronavirusa yoluxmuş ən azı 23 nəfər Ekstrakorporal Membran Oksigenasiya aparatı (ECMO) vasitəsilə müalicə olunub.
ECMO aparatı ürəyin və ağciyərin fəaliyyətinə kömək edir. İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır. Bu aparatla müalicə almış 23 nəfərdən heç biri vəfat etməyib və daha 12 nəfər hazırda onunla müalicə kursu keçərək sağalmaqdadır.