03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclis COVID-19-u MÜZAKİRƏ EDƏCƏK

14.03.2020

Milli Məclis koronavirus infeksiyasına (COVID-19) görə yaranmış vəziyyəti müzakirə edəcək.
"Report”un məlumatına görə, bununla bağlı artıq parlamentə sənəd daxil olub.
Layihəyə yaxın günlərdə Milli Məclisin iclasında baxılacaq. 
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla).
Eyni zamanda, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bundan əlavə, saat 21:00-dan sonra klub və barların fəaliyyəti dayandırılıb. Martın 3-dən bağça, orta məktəb və universitetlər bağlanıb.