27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maldiv adalarında koronavirus karantini üçün KURORT

13.03.2020

Maldiv adalarında koronavirus karantini üçün dünyada ilk kurort açılıb. Bu məqsədlə Vilivaru adasında 10 gün ərzində yeni hotel inşa edilib.

ATOR (Rusiya Turizm Operatorları Assosiasiyası) bu barədə yerli hakimiyyət orqanlarına əsasən məlumat yayıb.

Bildirilir ki, hoteldəki 30 otağın hər biri qapalı havalandırma sistemi ilə təchiz olunub. Qonaqlara otaqlarında gündə üç dəfə yemək veriləcək. Eyni zamanda, mini-bar və LCD TV onların ixtiyarına veriləcək.

Tibb işçilərinin hökumət tərəfindən maliyyələşdiriləcəyi bildirilir. Xidmətin "lüks üslubunda” təşkil olunduğu qeyd edilir.

Eyni zamanda, burada qonaqların bir-biri ilə təması və qonaq qəbulu qadağandır.