27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha 4 vətəndaşımızda koronavirus aşkarlanıb

13.03.2020

İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti sabit ağır olaraq qalır.

Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.