28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Neft savaşının ilk dalğası bu 3 dövləti vurdu

13.03.2020

Neft qiymətlərinin kəskin enişindən hər kəsdən çox Səudiyyə Ərəbistanının OPEK-dəki müttəfiqləri – İraq, Əlcəzair və Nigeriya əziyyət çəkir.
Bunu CNBC-yə müsahibəsində Beynəlxalq Energetika Agentliyinin direktoru Fateh Birol deyib. Onun sözlərinə görə, bu ölkələr çox çətin vəziyyətdədirlər və maliyyə dəstəyinə ehtiyac duyurlar:
"Onlar ciddi maliyyə problemləri ilə üzləşiblər. Onlardan çoxunda dövlət sektorunun işçlərinin maaşların və səhiyyə, eləcə də təhsillə bağlı xərclərin ödənilməsində çətinlikləri yarana bilər. Bu da öz növbəsində sosial gərginliklər yarada bilər. Neft müharibəsi İraq üçün daha həssas vəziyyət yaradıb”.