25 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Prezident SOCAR-a vəsait ayırdı - SƏRƏNCAM

13.03.2020

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 
Sərəncama əsasən, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən, yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ayrılıb.