02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronadan qorunmaq üçün bunları yeyin

12.03.2020

İspan alimləri immun sistemini gücləndirmək üçün yeyilməsi vacib olan ərzaqlarını siyahısını açıqlayıb.
Təbii antibakterial, antivirus hesab olunan sarımsaq siyahının əvvəlində yer alıb. İkinci yerdə E vitamini ilə zəngin olan, tənəffüs yollarını təmizləyən badam dayanır.
Siyahıda göbələklər, tünd şokolad, sitrus meyvələri, nar, kivi, ispanaq, molyuska və ustritsa da yer alıb. Ədviyyatlar arasında isə immunitet üçün ən xeyirli olanları zəncəfil və sarıkök, içkilər arasında yaşıl çay və kefirdir.
Bundan başqa həkimlər soyuqdəymə zamanı selikin meydana gəlməsinin qarşısını alan toyuq və hind toyuğundan hazırlanmış bulyon, beta-karotinlərlə zəngin olan şirin kartofu da qida rasionuna əlavə etməyi tövsiyə ediblər.