07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycana test sistemləri göndərdildi

12.03.2020

Yeni koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) epidemiya vəziyyətini izləmək və ehtiyacı olan ölkələrə yardım göstərmək üçün xarici tərəfdaşlarla əməkdaşlıq qurub.
Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.
"Rospotrebnadzor” tərəfindən yaradılmış test sistemləri Avrasiya İqtisadi Birliyi ölkələrinə, Azərbaycana, Özbəkistana, Tacikistana, Türkmənistana, Monqolustana, Çinə və İrana göndərilib.
Ümumilikdə, bu ölkələrdə COVID-19-un müəyyən edilə bilməsi üçün diaqnostika laboratoriyalarına 800 test sistemi verilib. Həmin sistemlər 80 min tədqiqat aparmağa imkan verir.