08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə-Rusiya münasibətlərində təzyiqlər yüksəlir

19.01.2018

Türkiyənin Genelkurmay Başkanı Orgeneral Hulusi Akar və MİT Məsləhətçisi Hakan Fidan Moskvada Rusiya Baş qərargah Başçısı və Müdafiə naziri ilə görüşüb. 
Görüşdə Türkiyə üçün mühüm əhəmiyyət kəsb edən Suriyada keçirilməsi planlaşdırılan Afrin əməliyyatı müzakirə olunub. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoğu ilə əməliyyatın bütün detalları müzakirə olunub.
Müzakirələrdə ən əhəmiyyətli mövzulardan biri isə Afrin əməliyyatında Türkiyənin Suriya səmalarından istifadə etmə tələbi olub. Qeyd edək ki, dünən Suriya Xarici İşlər Nazirliyinin etdiyi şərhdə, Afrin əməliyyat təşkil edilərsə Türk təyyarələrini vurmaq üçün təhdid edilib.
Cümə axşamı "CNN Türk"də canlı danışan xarici işlər naziri Mevlüt Çavuşoğlu isə Rusiya ilə İran arasında hava sahəsinin istifadəsi mövzusunda danışıqları davam etdirdiyini söyləyib.
Digər tərəfdən, əgər Rusiya ilə hava məkanının istifadəsi razılaşdırılmasa, başqa bir variantın müzakirə mövzusu ola biləcəyi vurğulanıb - jetler hava sahəsinə girmədən lazerlə təyin olunan hədəfləri vuracaq. F-16s, 50 km HGK və LGK bomba ilə, "sıfır səhv" istifadə edilə bilər.