05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alov qüllələri ilə bağlı yayılan görüntülər araşdırılır - VİDEO

11.03.2020

Sosial şəbəkələrdə "Flame Towers” (Alov qüllələri) kompleksində qüllələr arasında kəndirbazın hərəkət etdiyini əks etdirən görüntülər yayılıb.
Xəbər verildiyi kimi, videoda kəndirbazın kəndir üzəri ilə yeriyərək bir qüllədən digər qülləyə tərəf getdiyi görünür.
Kəndirbazın təhlükəli hərəkətlərinin helikopter vasitəsilə çəkildiyi iddia olunur.
"Flame Towers” kompleksindən bildirilib ki, məsələ hazırda araşdırılır. Ehtimal edilir ki, videonun hazırlanmasında vizual effektlərdən istifadə olunub.
Qeyd edək ki, "Flame Towers” hündürlüyü 90 metrdir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır.