29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zakir Həsənov misirli həmkarı ilə görüşdü

11.03.2020

Martın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan ilə Misir arasında mövcud dostluq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun daim inkişaf etdiyini qeyd edən nazir hərbi sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki sabitliyə mənfi təsir göstərir.
Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsinə önəm verdiyini vurğulayıb.
Görüşdə tərəflər hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.