29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gündən şagirdlərə teledərslər keçirilir

11.03.2020

Bu gündən "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin "Mədəniyyət” kanalında "Dərs vaxtı” adlı teledərslərə start verilib.
Xəbər verildiyi kimi, Təhsil Nazirliyinin dəstəyilə həyata keçirilən layihə səhər saat 10:00-da yayıma başlayıb.
Teledərslər fasilələrlə saat 16:00-a kimi davam edəcək.
Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
Belə ki, ibtidai sinif şagirdləri üçün "Azərbaycan dili”, "Riyaziyyat”, "Həyat bilgisi”, "Təsviri incəsənət”, "Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə "Azərbaycan dili”, "Riyaziyyat”, "Xarici dil”, "Tarix”, "Coğrafiya”, "Kimya”, "Fizika”, "Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir.
Dərslər mart ayının 27-dək həftəiçi hər gün yayımlanacaq.
Qeyd edək ki, yeni növ koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və preventiv tədbirlər məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-dək dayandırılıb.