29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Andiçmə mərasimində terrorçular hücum etdi - Prezident isə... - VİDEO

10.03.2020

Əfqanıstanın paytaxtı Kabildə prezident sarayını hədəfə alan hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Publika.az xəbər verir ki, bu barədə qruplaşmaya yaxınlığı ilə bilinən internet səhifəsində belə yazılıb.
Qeyd edək ki, ötən gün yenidən prezident seçilən Əşrəf Qəninin andiçmə mərasimi zamanı sarayın yaxınlığına 3 raket düşüb. Ardınca ərazidə silah səsləri eşidilib. Tələfat barədə məlumat yoxdur. Hadisə zamanı bəzi şəxslər həyəcan yaşayaraq tədbiri tərk edib. Prezident isə soyuqqanlı şəkildə terrorçulara meydan oxuyub. Hadisəyə görə, andiçmə mərasimi nəzərdə tutulduğundan tez başa çatıb.