09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

UEFA əllə görüşməyi qadağan edib

10.03.2020

UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib.
Xəbər verildiyi kimi, futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub.
Bu addım Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.
Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının səkkizdəbir final mərhələsində "Valensiya” (İspaniya) – "Atalanta” (İtaliya), həmçinin Avropa Liqasının onaltıdabir finalının "Kopenhagen” (Danimarka) – "Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin "Paris Sen-Jermen” (Fransa) – "Borussiya Dortmund” (Almaniya) oyunu da azarkeşsiz keçiriləcək.