09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Malta İtaliya ilə nəqliyyat əlaqəsini kəsdi

10.03.2020

Malta hökuməti koronavirus təhlükəsi ilə əlaqədar İtaliya ilə bütün nəqliyyat əlaqəsini dayandırıb.
Bunu ölkənin baş naziri Robert Abela deyib.
Nazir bildirib ki, ölkələr arasında bütün aviareyslər dayandırılır. Malta ilə Siciliya adası arasındakı bərə səfərləri yalnız yük və dərman daşımaları üçün həyata keçiriləcək.
Qeyd edək ki, Maltada koronavirusa 4 yoluxma halı qeydə alınıb. Onların hər biri İtaliyadan gəlib.
İtaliyada isə yoluxma sayı 9 mini keçib, ölənlərin sayı 463 nəfərə çatıb.