08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ÜST: “Bu müharibədə qalib gələ bilərik”

10.03.2020

"Koronavirusla (COVID-19) müharibədə qalib gələ bilərik”.
"Haber Global”ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.
"Ötən həftənin sonuna olan məlumata görə, 110 ölkədə 100 min COVID-19 virusuna yoluxma halı qeydə alınıb. Koronavirus artıq bir çox ölkəyə ayaq açıb, pandemiya təhlükəsi həqiqət olub”, - deyə o bildirib.
Qebreyesus bununla belə COVID-19 virusunun tarixdə nəzarət altına alına biləcək ilk pandemiya ola biləcəyini deyib: "İndiyə qədər məlum olan yoluxma hallarının 93 faizi sadəcə dörd ölkədəndir”.
Koronavirusa yoluxanların çoxunun sağaldığını, Çində xəstələnən 80 min adamın 70 faizinin xəstəxanalardan evə buraxıldığını bildirən ÜST-ün baş direktoru Çin, İtaliya, Yaponiya, Cənubi Koreya və ABŞ-da təcili tədbirlərin görüldüyünü deyib: "ÜST 57 ölkəyə fərdi müdafiə vasitələri tədarük edib, 120 ölkəyə də laboratoriya vəsaitləri göndərib”.
O, virusun aşkarlandığı 110 ölkənin 79-da ümumi yoluxma halının 100-dən aşağı olduğunu vurğulayıb: "Bu müharibədə qalib gələ bilərik”.