03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan qırmızı elektrik taksiləri aldı

06.03.2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Taksi Xidməti" MMC Böyük Britaniyanın "London EV”(LEVC) şirkətindən 100 ədəd "TX", 0 emissiyalı elektrik taksisi alıb.
"Report” xəbər verir ki, Azərbaycan şirkəti LEVC-in uzunmüddətli tərəfdaşıdır və indiyə qədər ona paytaxt Bakının hər yerində istifadə olunan bənövşəyi "TX4” emissiyalı taksilər satılıb. "Bakı Taksi Xidməti"nin aldığı yeni taksilər isə qırmızı rənglidir, əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından otellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək.