08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dəhşətli silah haqqında yeni MƏLUMAT

22.05.2018

Rusiya istehsalı olan beşinci nəsil "Xaski” sualtı gəmisinin konseptual planlaşdırılması başa çatıb. Artıq hərbi texnikanın taktik-texniki xarakteristikasının hazırlanması üzərində işlər gedir.
"Dövran Media" saytının Rusiya KİV-nə istinadən məlumatına görə, bu haqda Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Rəhmanov bildirib.
O qeyd edib ki, bir neçə variant təklif edilib, lakin onlardan ən optimalı seçiləcək.
"İndi sualtı gəminin taktik-texniki xarakteristikalarının hazırlanması üzərində iş gedir. Lakin qalan detallar hərbi sirrdir”-deyə A.Rəhmanov söyləyib.
Qeyd edək ki, "Xaski” haqqında açıq mənbələrdə məlumat olduqca azdır.         
Məlumatlara görə, "Xaski” hipersəsli "Sirkon” qanadlı raketlərinin daşıyıcısı olacaq.  
"Xasi”nin 2018-2025-ci illərdə silahlanmaya daxil ediləcəyi bildirilir.