03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Teymur Rəcəbov bu yarışdan imtina etdi

06.03.2020

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində çıxış etməyəcək.
Xəbər verildiyi kimi, şahmatçımız Beynəlxalq Şahmat Federasiyasını (FIDE) bu barədə məlumatlandırıb.
Ötən il Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya Kubokunun qalibi olmaqla, bu nüfuzlu turnirə vəsiqə qazanmış Teymur Rəcəbov qərarını şəxsi səbəblərlə əlaqələndirib.
Turnirin reqlamentinə əsasən onu fransalı Maksim Vaşye-Laqrav əvəzləyib. Vaşye-Laqrav 2019-cu ilin fevralından bu ilin yanvarınadək olan reytinq sıralamasında ən yüksək göstəriciyə sahib olduğundan, İddiaçılar Turnirində çıxış etmək hüququ əldə edib.
Qeyd edək ki, səkkiz şahmatçının mübarizə aparacağı İddiaçılar Turniri 15 mart-5 aprel tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.