03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cəbhədə daha bir təxribat: düşmən susduruldu

06.03.2020

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qul­luq­çusunun yaralanması barədə məlumatlar yayılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  bildirilib ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyildir və real­lığı əks etdirmir.
"Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax ra­yo­nunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.
Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub", - DSX-dan bildirilib.