03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan-Putin razılaşmasında ən kritik MƏQAM

06.03.2020

Ötən gün əldə olunan razılaşmadakı önəmli nüanslardan biri də Türkiyənin də Təhrir əş-Şam qruplaşması ilə mübarizə aparmaq öhdəliyini götürməsidir.
Bu sözləri türkiyəli jurnalist, ekspert Sədat Ergin ötən gün Moskvada keçirilən Ərdoğan-Putin görüşünü şərh edərkən deyib.
”Prezident Ərdoğan da dünən verdiyi açıqlamada Türkiyənin İdlibə göndərdiyi hərbi birliklərin həm rejimin hücumlarını zərərsizləşdirməyə, həm də atəşkəsi pozan silahlı qruplaşmaların qarşısını almağa çalışdığını dedi. Təhrir əş-Şam qruplaşmasının qarşısını almaq bundan sonra İdlibdə ən həssas və kritik məsələlərdən biri olacaq”, - Sədat Ergin bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında İdlibdə atəşkəslə bağlı razılıq əldə olunub.