20 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiyaa koronaya qarşı vaksin hazırlığına başladı

05.03.2020

Yaponiyada "AnGes” əczaçılıq şirkəti Covid-19 koronavirusuna qarşı vaksinin hazırlanması üzrə işlərin başladığını elan edib.
Xəbər verildiyi kimi, vaksinin hazırlanması Osaka Universitetinin mütəxəssisləri ilə birgə həyata keçiriləcək.
Şirkət bildirib ki, vaksin xromosomxarici özüformalaşan genetik element vasitəsilə hazırlanacaq. Qeyd olunur ki, bu üsul vaksinin digər növ vaksinlərlə müqayisədə daha qısa zamanda hazırlanmasına imkan yaradır.
Xatırladaq ki, ilk dəfə Çində yayılmağa başlamış koronavirusa 76 ölkədə 92,5 mindən çox yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı 3,2 min nəfəri ötüb.