27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Savaş qapıda: “Ərdoğan Putinə son dəfə şans verəcək”

04.03.2020

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında cümə axşamı günü planlaşdırılan görüş İdlibdəki vəziyyət, Suriyadakı böhrana siyasi bir həll yolu tapılması üçün son dərəcə əhəmiyyətlidir”.
Bunu türk politoloq İmbat Muğlu söyləyib.
Ekspert hesab edir ki, liderlərin tələbləri çox fərqli olarsa, Moskvadakı danışıqlar masasında nəticə əldə etmək çətin olacaq.
Muğlu, bununla belə liderlərin görüşdə İdlib məsələsində irəliləyiş əldə edə biləcəyinə ümid etdiyini dilə gətirib:
"Rusiya paytaxtındakı danışıqlar Ankaranın Suriya problemini həll etmək üçün son diplomatik təşəbbüsü ola bilər. Bu, Türkiyənin Moskvaya təqdim etdiyi yol xəritəsinin qarşı tərəfdən qəbul edilməməsi ilə əlaqədardır. Ümid edirəm ki, Rusiya Ankaranı məmnun edəcək yeni bir yol xəritəsini Türkiyəyə təqdim edəcək”.
Kremlin mətbuat xidmətinin daha əvvəl xəbər verdiyi kimi, prezident Putin martın 5-də Rusiyaya işgüzar səfərdə olacaq prezident Ərdoğanla danışıqlar aparacaq. Tərəflərin İdlib de-eskalasiya zonasında vəziyyətin gərginləşməsini nəzərə alaraq Suriyanın nizamlanması problemlərini müzakirə edəcəyi gözlənilir.