27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Unudulmuş soyqırım: ermənilərin xüsusi vəhşiliyi - Fakt

04.03.2020

Makedoniya sülaləsindən olan Bizans imperatorları və onların hərbi rəisləri üsyanları yatırtmaqda və müsəlman hökmdarlarla müharibələrdə xüsusi qəddarlıqları ilə seçiliblər.
Bu barədə Azərbaycan tarixçisi Zaur Mehdiyevin elmi işində qeyd olunub.
Burada ən diqqət çəkən məqam qədim mənbələrdə ermənilərin xəyanət və vəhşilikləri haqqındakı qeydlərdir.
Z.Mehdiyev Bizans yazıçısı Lev Diakonun "Tarix” əsərinə istinadən yazır ki, uzun müddət Ərəb-Bizans müharibəsi zamanı Makedoniya sülaləsindən olan imperatorlar Aralıq dənizində sülhün olmaması üçün hər şeyi ediblər:
"823-828-ci illər ərzində ərəblər Krit adasını ələ keçirə bildilər. Ərəb-müsəlman hökmdarları idarəetmə sistemi yaratmaq, sikkə buraxmaqla adanın yunan-xristian əhalisinin sosial-iqtisadi vəziyyətini xeyli yaxşılaşdırdılar. Bizans adanı geri qaytarmaq üçün dəfələrlə cəhdlər etsə də, uğursuzluğa düçar oldu.
961-ci il iyulun 13-də Bizans ordusu gələcək imperator Nikiforlu Fokun başçılığı altında Handak (indiki İraklion - red) yaxınlığında düşərgə qurdu. Hücumla şəhəri ələ keçirə bilməyən Bizans ordusu mühasirəyə başladı. Handak sakinləri onlara kömək gəlmədiyini görüb mühasirəni yarmağa çalışdılar. Mənbəyə görə, iki erməni sakinlərin mühasirəni yarmaq üçün hazırladığı planı bizanslılara verdi. Ermənilərin məlumatları bizanslılara şəhərin müdafiəçilərinin müqavimətini qırmağa kömək etdi və nəticədə 40 min nəfər məhv edildi.
Asan qələbədən məst olan gələcək imperator əsgərlərinə əmr verdi ki, mükafat almaq üçün öldürülənlərin başlarını düşərgəyə gətirsinlər. Burada ermənilərin dəstəsi xüsusilə fərqləndi.
Qeyd etmək lazımdır ki, Handak şəhərinin sakinlərinin vəhşicəsinə öldürülməsi faktı müsəlman şərqində elə bir rezonans doğurdu ki, bu hadisədə iştirak etməyən insanlar sonradan xristianlara qarşı kütləvi talanlardan əziyyət çəkdilər”.