09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İranda nazirlər koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

04.03.2020

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani yeni koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilib.  
O, Tehranda xəstəxanaların birində müalicə alır. 
Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 2336 nəfərdir. Bunların arasında 23 nəfər deputat da var. İranın Təcili Tibbi Yardım Mərkəzinin rəisi Pirhüseyn Kulivənd də koronavirusa yoluxub. Virusdan həyatını itirənlərin sayı 77, sağalanların sayı isə 436 nəfər təşkil edir. Həmçinin ötən gün Ali Məhkəmənin sədrinin müşaviri koronavirusdan dünyasını dəyişib. Epidemiyanın qarşıaını almaq üçün 54 min məhbus evə buraxılıb.