08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ödəmə terminallarında YENİLİK

21.05.2018

"Modenis" şirkətinin "eManat" ödəmə terminalları məbləğin qalıqlarını qaytaracaq.
"Dövran Media" xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, vəsait əskinas və ya sikkə şəklində yox, xüsusi 10 işarəli promo-kod şəklində qaytarılacaq:
"Məsələn, əgər müştəri ödəniş etdikdən sonra ona 0,80 manat qaytarılmalıdırsa, bu məbləği o promo-kod şəklində alır. Daha sonra bu kodu "eManat" terminallarında digər xidmətlərin ödənişi üçün istifadə edə bilər. Terminallarda ödənişi promo-kod vasitəsilə həyata keçirmək üçün müvafiq bölmə olacaq. İlk mərhələdə promo-kodları dövlət ödəmələri və sığorta xidmətləri üçün əldə etmək olacaq. Daha sonra digər xidmətlər də promo-kod təqdim edəcək. Promo-kod vasitəsilə ödənişlər artıq bu yay təqdim olunacaq".