05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dezinfeksiya Mərkəzi: Koronavirusun qalıcılıq müddəti azdır

03.03.2020

Koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə onun 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Bu o deməkdir ki, koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti azdır.
Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Dezinfeksiya Mərkəzinin həkimi Elvin Məmmədov deyib.
O bildirib ki, bəzən valideynlər təşvişə düşürlər. Bu, o demək deyil ki, əks-epidemik tədbirlər hər hansı epidemik göstəriş olanda həyata keçirilir: "Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq nəticəsində yanvar ayının əvvəlindən hər yerdə bu tədbirlər görülür".
E.Məmmədov qeyd edib ki, bu tədbirlər iş qrafikindən asılı olaraq tədris gününün sonunda aparıldığına görə gözə çarpmır. Az müddət ərzində bütün tədbirlər planı həyata keçiriləcək.