09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropadan ABŞ-a qarşı ÜSYAN

21.05.2018

"Dövran Media” NewsFronta istinadən xəbər verir ki, əgər ABŞ Rusiya S-400 sistemlərinin alınması səbəbindən Ankaraya qarşı hətta sanksiyalar tətbiq etsə belə, Türkiyə Rusiya ilə tərəfdaşlıq münasibətlərini kəsməyəcək. Bloomberg agentliyinə müsahibəsində Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan bildirib ki, ABŞ-ın təzyiq göstərməsi Türkiyə-Rusiya münasibətlərini qıra bilməz. Belə ki, Avropa da ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağli təzyiqinə məhəl qoymamaq niyyətindədir.
Qeyd edək ki, bu ərəfədə Aİ Tehranla birgə işçi qrupunun yaradılmasını elan etdi. O, neft ticarətinə dair məsələlərlə məşğul olacaq. Bundan başqa, Fransanın iqtisadiyyat naziri deyib ki, Avropa İttifaqı İranla əməkdaşlıq etməyi qadağan edən ABŞ sanksiyalarına görə Avropa şirkətlərinə baş verəcək bütün itkilərin əvəzini ödəyəcək.